15 fevral 2019 23:49
1080

Sahibkarlar təltif edildi - FOTO

Fevralın 15-də tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi"-nin və "My Broker" gömrük təmsilçiliyinin təşkilatçılığı ilə “2019 İXRACA DƏSTƏK” layihəsi çərçivəsində üç hissəli maarifləndirici təlimlər üzrə "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusu üzrə sonuncu təlim həyata keçirildi.

"My Broker"dən “İki sahil”ə verilən məlumata görə, təlimdə beynəlxalq daşınmalar üzrə mütəxəssis Nicat Şabanlı tərəfindən ixrac gömrük əməliyyatlarında beynəlxalq daşınma prosesi, beynəlxalq daşınmanın növləri, nəqliyyat sənədlərinin tərtib olunma standartları və beynəlxalq daşınma ilə bağlı digər məlumatlar verilmişdir. Bununla da layihənin birinci hissəsi üzrə ixrac gömrük əməliyyatını əhatə edən üç hissəli maarifləndirici təlimlər yekunlaşıb. Sonda təşkil olunmuş üç təlimin hər birində fəal iştirak edən 50 sahibkarlar üçün sertifikatların təqdimatı mərasimi keçirilib. Sertifikatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi”-nin direktoru Tağı Tağızadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə, "My Broker" gömrük təmsilçiliyinin rəhbəri Rəşad Əliyev və təlimçilər Cabir Kamranov və Nicat Şabanlı tərəfindən təqdim olunmuşdur. “2019 İXRACA DƏSTƏK” layihəsinə verdiklərə rəsmi dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və təlimlərin keçirilməsində yaradılmış rahat şəraitə görə ASAN Təlim-Tədris mərkəzinə öz təşəkkürümüzü bildiririk. Nəzərinizə çatdırırıq ki, “2019 İXRACA DƏSTƏK” layihəsi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzi və "My Broker" gömrük təmsilçiliyi tərəfindən Azərbaycan Respublikasında sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan daha bir neçə maarifləndirici təlimlərin də həyata keçirilməsi nəzərdə tutulmuşdur.