03 iyun 2020 13:32
879

Sahibkarlar üçün məlumat platforması yaradıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların böhranın idarəedilməsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün məlumat platforması yaradıb.

Bu saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq interaktiv təlimlərdə iştirak edə, böhrandan çıxış yolları ilə bağlı ekspertlərin fikirlərini əks etdirən video materialları izləyə, banklar tərəfindən KOB-lara təklif olunan dəstək və resurslara dair müvafiq məlumatlar əldə edə bilərsiniz.

Azərbaycanla yanaşı, 30 ölkənin istifadə etdiyi platformada materiallar müxtəlif dillərdə, o cümlədən rus, ingilis və türk dillərində təqdim ediləcəkdir.