30 yanvar 2019 16:53
234

Sahibkarlar üçün onlayn təlim keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yanvarın 31-də saat 11:00-da mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək.

KOBİA-nın ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompüter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür:

- Kompyuter vasitəsilə: https://zoom.us/client/latest/ZoomInstaller.exe  linkinə daxil olmaq və 366599138 parolunu qeyd etməklə;

- “iPhone” vasitəsilə "App Store"dan "Zoom Cloud Meetings" tətbiqini yükləməklə;

- “Android” vasitəsilə "Google Play"dən "Zoom Cloud Meetings" tətbiqini yükləməklə.

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar təlimə istənilən yerdən birbaşa qoşulmaqla yanaşı, KOBİA-nın Masallı (Masallı Sənaye Məhəlləsi), Quba (Heydər Əliyev Mərkəzi), Qusar (Gənclər Evi), Xaçmaz (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), Siyəzən (Gənclər Evi), Gəncə (Gənclər Evi) və Yevlax (Aran Regional İnkişaf Mərkəzi) rayonlarında olan "KOB Dostu" mərkəzlərinə gəlməklə də təlimdə iştirak edə bilərlər.

Təlimə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmək olar (055) 525-30-30, Adil Əhmədov).