23 avqust 2019 15:57
651

Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildirilib ki, noyabrın 20-23-də Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində IV “Bizim Brend” Festivalı keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları festivalda iştiraka dəvət olunurlar.