26 fevral 2020 10:41
1376

Sahibkarlığın maliyyələşdirilməsinə dair müzakirələr aparılıb 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların (KOB) qarşılaşdığı çətinliklərin yerində öyrənilməsi və həllinə dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir.

"İki sahil" xəbər verir ki, KOBİA-nın dəstəyi ilə növbəti belə görüş Sabirabad rayonunda sahibkarların, Dövlət Aqrar İnkişaf Mərkəzi, Sabirabad Rayon İcra Hakimiyyəti və özəl sektora bank və lizinq xidmətləri göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil edilib.

Görüşdə sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə edilib, dövlət dəstəyi mexanizmləri, onlardan istifadə və alternativ maliyyələşdirmə ilə bağlı sualları cavablandırılıb.