07 fevral 2019 19:51
267

Salah milliyə çağırılmayacaq

"Liverpul"un  futbolçusu Məhəmməd Salah mart ayında Misir millisinə çağırılmayacaq.

Qol.az xəbər verir ki,  Misir Futbol Federasiyası  26 yaşlı yarımmüdafiəçiyə istirahət verməyə  qərarına gəlib. Beləliklə, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində martda keçiriləck  Nigeriya (22 mart) və Nigerlə (26 mart) oyunları buraxacaq.

Qeyd edək ki, Misir yığması turnirin final mərhələsinə vəsiqəni  vaxtından əvvəl təmin edib.