20 iyul 2019 12:46
1264

Salyanda qəza

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gecə rayonun Yenikənd kəndi ərazisi ilə hərəkətdə olan “OKA” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.