07 avqust 2019 21:23
131

Samuxda əlavə 100 hektar sahənin suvarılması təmin edilib

Samux rayonunda əlavə 100 hektar sahənin suvarılması təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonun Qaraağaclı qəsəbəsində su nasos stansiyası yenidən qurulub. Eyni zamanda, əlavə nasos quraşdırılıb, stansiyaya 2 kilometr uzunluğunda 220 millimetr boru ilə su xətti çəkilib.