13 may 2019 11:01
105

"Satılır" məzmunlu elana görə 2000 manat cərimə?

"Təxminən 2 il əvvəl yayılmış dezinformasiya son günlər təkarar yayılmaqdadır. Söhbət öz avtomobilinin üzərinə "Satılır" məzmunlu elan yerləşdirməkdən gedir. Yazırlar ki, buna görə guya 2000 manat cərimə var. Düzgün söhbət deyil...".

"İki sahil" xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov bildirib. 

Ekspert vurğulayıb ki, "Reklam haqqında" Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanun hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil olunmur. Ona görə də öz avtomobilinə bu tip elan yazmaq  həmin Qanunla tənzimlənmir.

"Bunun üçün icazə lazım deyil. İcazə yoxdur deyə, cərimədən də söhbət gedə bilməz"-deyə, Ə.Hüseynov qeyd edib.