10 fevral 2020 11:02
607

Savalan Mirzoyev: Seçkilər şəffaf şəraitdə keçirilib

Savalan Mirzoyev bu gün Gürcüstan Parlamentinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidənin nəticələrini açıqlayıb.

"İki sahil" xəbər verir ki, Gürcüstan Parlamentinin deputatı Savalan Mirzoyev bildirib ki, Gürcüstandan olan parlament üzvləri 11 məntəqədə müşahidə keçirib: “Hər məntəqədə seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu ki, seçkilər şəffaf şəraitdə keçirilib. Biz, həmçinin bizimlə partnyor digər müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb”.

S. Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas partnyorlarından biridir: “Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.

Orxan Vahidoğlu, "İki sahil"