16 fevral 2019 15:29
966

“Səbail” klubu növbəti transferini reallaşdırıb

Fevralın 16-da “Səbail” klubu yeni transferini açıqlayıb.

QAZƏRTAC klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı Oke Akpoveta ilə müqavilə imzalayıb.

İyirmi yeddi yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər qüvvədə olan müqavilə imzalanıb.

Oke Akpoveta 2014-cü ildə “Rəvan”da çıxış edib. O, sonuncu dəfə İsveçin “Eskilstuna” klubunun formasını geyinib.