18 iyul 2019 10:53
710

"Səbail" Rumıniya səfərində

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Qol.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxacaq. 

Aftandil Hacıyevin komandası Rumıniyada “Universitatya Krayova”nın qonağı olacaq. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan "Səbail"i səfərdə çətin oyun gözləyir.



18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsnin cavab oyunu

20:00 “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) 
İlk oyun - 3:2
Baş hakim: Helki Mikael Yonasson (İslandiya)

Krayaova. İon Oblemanko stadionu