27 yanvar 2019 15:30
173

Səbaildə 4 otaqlı mənzil yanıb

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 170 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 8 m² sahədə yanıb.

"İki sahil"-ə FHN-dən verilən məlumata əsasən, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.