22 avqust 2019 11:54
833

Səbinə Ağalarovanın evi qarət olundu

Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

REN TV-nin məlumatına görə, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb. (Baku.vs)