29 yanvar 2020 17:30
2247

Seçicilər Məşhur Məmmədova etimad göstərirlər - FOTO

YAP Masallı rayon təşkilatı aparatında VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

YAP Mərkəzi Seçki Qərargahı Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev çıxış edərək Masallı seçiciləri sakinlərin rifah halının yaxşılaşmasında önəmli xidmətləri olan, minlərlə iş yeri yaradan Məşhur Məmmədova səs verməyə çağırıb: “Bu gün Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir. Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də təkcə sosial sahədə deyil, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Hər kəs yaxşı bilir ki, namizədimiz Məşhur müəllim Masallının ümumi inkişafında xidmətləri olan insandır. Məhz onun yaratdığı iş yerlərində 4 minə yaxın insan çalışır. Sizlərdən xahiş edirəm ki, qarşıdan gələn parlament seçkilərində daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının layiqli namizədinə səs verəsiniz”.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov bildirib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi”.

Seçicilərdən Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahhüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları çıxış edərək M. Məmmədova etimad göstərdiklərini, seçki günü məhz ona səs verəcəklərini bildiriblər.

Taleh Bağırov, “İki sahil”