13 sentyabr 2019 14:13
101

“Sədərək” ticarət mərkəzindəki mağazaların birindən oğurluq edilib

Sentyabrın 12-də saat 13 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10-cu polis bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.