24 may 2019 17:26
1115

Səfər Mehdiyev: Proqnoz tapşırığa artıqlaması ilə əməl olunub

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858 900 manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 364,3 mln manat yaxud 35,5% artıq deməkdir. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu DGK sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ilin dörd ayı üzrə proqnoz tapşırığa da 8% artıq əməl olunub:

“Bu ilin ilk 4 ayının proqnoz göstəriciləri ilə müqayisədə faktiki olaraq 103,2 mln manat artıq vəsait ödənilib. Bu da 108% icra deməkdir”.