03 iyul 2020 14:52
855

Səfir: Gürcüstan-Azərbaycan münasibətlərində dinamika çox müsbətdir

Gürcüstanla Azərbaycan arasında ikitərəfi münasibətlər sürətlə inkişaf edir. “İki sahil” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Gürcüstanın Azərbaycndak səfiri Zurab Pataradze deyib. O bildirib ki, bizim ikitərəfli münasibətlərimizdə böyük müsbət addımlar müşahidə olunur: və “Mənim fikrimcə, gələcəkdə bu münasibətlər inkişaf edəcək, möhkəmlənəcək və genişlənəcək. Bir sözlə, Gürcüstan-Azərbaycan münasibətlərində dinamika çox müsbətdir".

Z.Pataradzenin fikrincə, regional layihələr və qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir və Gürcüstanla Azərbaycanın biznes ictimaiyyətləri arasında qarşılıqlı səmərəli əməkdaşlıq dinamik inkişaf edir: "Bu gün Gürcüstanda çoxlu sayda Azərbaycan şirkəti qeydiyyatdan keçib, Azərbaycanda da əhəmiyyətli dərəcədə Gürcüstan şirkəti fəaliyyət göstərir. Fikrimcə, bu baxımdan da bizim böyük potensialımız var. Gürcüstan Avropa İttifaqı və Çinlə azad ticarət barədə saziş imzalayıb ki, bu da yeni birgə müəssisələrin yaradılması üçün imkan yaradır".