11 iyun 2019 13:21
259

Səfir: Hər şeyin Rusiyadan asılı olduğunu demək düzgün deyil

"Rusiya Qarabağda gərginliyə qarşı çıxış edir, nizamlanma prosesində son sözü münaqişə tərəfləri deyəcək".

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Biz gərginliyin olmamasının, davamlı danışıqlar prosesinin təşkilinin tərəfdarıyıq”, - Kopırkin  İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, son qərarı münaqişə tərəfləri qəbul etməlidir.

“Rusiyanın roluna tarazlaşdırılmış formada yanaşmaq lazımdır. Vəzifəmiz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, strateji müttəfiq olaraq  mövcud mexanizmlərə kömək etməkdir. Hər şeyin Rusiyadan asılı olduğunu demək düzgün deyil”, - Kopırkin vurğulayıb. (İnterfaks)