21 noyabr 2019 13:51
676

Səfir: Hindistanlı turistlərin sayı artıb

"Bu ilin 7 ayında Hindistandan Azərbaycana 33 min turist gəlib".

"Report" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna "Biznes Həyatı" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2018-ci ildə isə Azərbaycana 40 mindən çox turist gəlib.

Səfir qeyd edib ki, son illər ərzində Azərbaycana səyahət edən turistlərin sayında artım olub.

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur. Son 1 ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.

Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.