08 fevral 2019 16:42
366

Səfir: İran və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir

İran və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etməsinə ümid edirik.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

C.Cahangirzadənin sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir:

"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu göstərir".

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub.