22 avqust 2019 11:19
917

Səhiyyə Nazirliyi: Avtoqəzada yaralanların vəziyyəti orta ağırdır

Avqustun 21-də Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Mərkəzinin travmatologiya şöbəsinə yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır. Xəsarət alanlar hamısı Qubanın Rustov kənd sakinləridir.