26 sentyabr 2020 00:16
692

Səhiyyə turizmi sahəsində əməkdaşlıq gücləndirilir

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Qazaxıstanın Milli Kurort Assosiasiyası Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitiutu və Naxçıvandakı “Duzdağ” Fizioloji Mərkəzi ilə səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə memorandumlar imzalayıb.

“İki sahil” Trend-ə istinadla xəbər verir ki, memorandumların məqsədi səhiyyə turizmi, sanatoriya-kurort müalicəsi sahələrində əməkdaşlığın inkişafı, yeni tibbi-bioloji texnologiyalar və biotibbi tədqiqatlar sahəsində təcrübə mübadiləsi, sağlamlaşdırma sahəsində treninq proqramlarının keçirilməsidir.

Bundan başqa, imzalanmış sənədlər Qazaxıstanla Azərbaycan arasında iki ölkənin sanatoriyalarında sağlamlıq-müalicə prosedurlarına yollanan turist axınının artmasına xidmət edəcək.