31 yanvar 2019 11:21
227

“Sehrli köynəklər” xəstəlikləri analiz edə biləcək?

81 ildir fəaliyyət göstərən, texnologiya  sektorunda öz işləri ilə daim seçilən Cənubi Koreyanın “Samsung” şirkəti insanların marağına səbəb olacaq yeni bir layihə təqdim edəcək.

Belə ki, “Samsung”un mühəndisləri  şirkətin yeni bir “T-shirt” (köynək) hazırladığını  bildiriblər. Maraqlısı budur ki, bu “sehrli köynəklər” xəstəlikləri analiz edə bilmək xüsusiyyətinə malik olacaqlar. Üzərindəki sensorlar sayəsində ağciyər  funksiyalarına nəzarət edir və diaqnoz qoya bilir. Sensorlar əsasən sətəlcəm,  xroniki ağciyər xəstəlikləri,  ağciyərdə mövcud neqativ halları müəyyənləşdirə biləcək.  Bunun  üçün “ağıllı T-shirt”də sahibinin yaşı, cinsiyyəti, boyu, çəkisi düzgün şəkildə qeyd olunmalıdır.  Beləliklə, “köynək” rahatlıqla diaqnoz qoya biləcək.

Şirkət mütəxəssisləri,  hələ ki  dizayn mərhələsini yaşayan bu “sehrli köynək”lərin yaxın zamanda satış sektoruna  çıxarılacağı xəbərini də veriblər.

Yaqut Ağaşahqızı, “İki sahil”