26 fevral 2020 19:58
1866

Selfie: günümüzün psixoloji pozğunluğu

Hər gün təkrarladığımız bir hərəkətin psixoloji xəstəlik olduğunu bilirdinizmi?

Amerika Psixiatrlar Assosiasiyası tez-tez öz şəklini çəkən (“Selfie”) insanlarda psixi pozğunluq olduğunu bəyan edib və bu pozğunluq “selfitis” adlanır. Psixoloqların fikrincə, bu xəstəlik özünə hörmət hissinin itməsindən irəli gəlir ki, insanlar bu problemləri aradan qaldırmaq və boşluqları doldurmaq üçün özünü çəkərək sosial şəbəkələrdə paylaşırlar.

Assosiasiyaya görə, bu pozğunluğun üç mərhələsi var:

1. Yüngül “selfitis”. Bu mərhələyə aid insanlar gün boyu ən azı üç dəfə “selfie” çəkdirir, ancaq sosial mediada paylaşmırlar.

2. Kəskin “selfitis”. Bu tip insanlar gün boyu ən azı üç dəfə “selfie” çəkdirir və hər birini sosial şəbəkələrdə paylaşırlar.

3. Xroniki “selfitis”. Bu mərhələyə aid olan insanlar isə nəzarətsiz şəkildə öz şəklini çəkir və ən azı 6 dəfə sosial şəbəkələrdə paylaşırlar.

Xəstəlikdən müalicə metodları hələlik bəlli deyil.

Həyat Qəhrimanlı