24 iyun 2020 16:56
318

Serbiyada 20 bələdiyyə fövqəladə vəziyyət elan etdi

Serbiyada davam edən daşqınlarla əlaqədar 20 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər itkin düşüb.

Ümumilikdə, fəlakət zonasından 275 nəfər təxliyə olunub. 500-ə yaxın tikili su altında qalıb.

Bir sıra avtomobil yolları su altında qaldığı üçün bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Daşqın zonasında axtarış-xilasetmə işləri davam edir.