28 iyul 2020 18:04
349

Sərhəd tanımayan erməni vandallığı...

Erməni təxribatı iflasa məhkumdur!

 

Son zamanlar baş verən hadisələr bir daha təsdiq etdi ki, ermənilər  insani keyfiyyətlərə, mənəvi dəyərlərə sahib olmayan barbar toplumdan ibarət məxluqlardır. İşğal, terror, vandallıq, hiylə, oğurluq kimi xüsusiyyətlərə erməni xalqı qədər rəğbət bəsləyən, bu kimi keyfiyyətlərlə nəfəs alan, təsəlli tapan, stimul alan  başqa bir millət yəqin ki, yoxdur.

İqtisadi və sosial böhran içərisində çabalayan və  hətta öz əhalisinin sadə problemlərini həll edə bilməyən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində yeni hücum cəhdi təcavüzkar dövlətin növbəti avantürasıdır. XX əsr boyunca dəfələrlə Azərbaycana və azərbaycanlılara qarşı soyqırımı, deportasiya və işğalçılıq əməlləri törədən Ermənistan bu cinayətlərini hazırda daha geniş miqyasda davam etdirir. Bütün bunların əsas səbəbi isə dünyadakı ikili standartlar, Ermənistanın cəzasız qalması, işğalçı ölkənin sərhəd tanımayan ərköyünlüyüdür.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın son günlər fəallaşmasının əsas səbəbi isə Ermənistan rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən  və ətraf yeddi rayonundan əlavə başqa ərazilərini də işğal etmək üçün atdığı iyrənc addımlar, quraşdırdığı çirkin ssenarilər, törətdiyi məkrli təxribatlardır. Artıq qoca- cavan, qadın- kişi fərq etmədən hər kəsin səbir kasası daşır. Özlərini arsız yerinə qoyaraq əllərindən gələn hər cür rüsvayçılığı icra edən ermənilər xalqımızın haqq səsindən, ədalət çağırışından ehtiyat etsəydilər daha yaxşı olardı. Amma yağı düşmən nəyi, nə vaxt yerli-yerində edib ki, bunu da etsin.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi növbəti hücum cəhdinə etiraz olaraq xarici ölkələrdəki azərbaycanlılar dinc aksiyalar keçirirlər. Azərbaycan diasporunun nümayəndələrinin, tələbələrin və media təmsilçilərinin iştirak etdikləri bu  aksiyalarda “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirilir.  Lakin dinc aksiyaçılara qarşı ermənilər fiziki güc tətbiq edirlər.  Bütün bunlardan əlavə, erməni terror təşkilatları dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı vandal xarakterli hücumlar edirlər. Onlar diplomatik missiyanın inzibati həyətində toplaşmış və Vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədirlər. Ermənilərin özlərini vəhşi kimi aparmaları, dinc aksiya iştirakçılarına güc tətbiq edilməsi, zor işlədilməsi onların mənfur simasını bir daha dünyaya göstərir.  Artıq erməni barbarlığı sərhəd tanımayacaq həddə, pik səviyyəyə, qırmızı xəttə gəlib çatıb. Nə qədər “iddialı, lovğa” olasan ki,  artıq sərhədlərdən uzaq, ölkə xaricində də mübarizə və münaqişə xəyalına düşəsən.  Yəni, ermənilər üçün fərqi yoxdur. İşğalçı ölkə dünyanın harasında olursa-olsun Azərbaycana qarşı nifrətini, qərəzini, ədavətini nümayiş etdirməkdən nə utanır, nə də çəkinir. Dünyanın bir çox şəhərlərində baş verən son hadisələr də göstərir ki, həm Ermənistan, həm də onun xaricdəki  diasporu bu təcavüzkar siyasətin ideoloqu, carçısı və  icraçısıdır.

Bu vandalizm hərəkətlərini törədən ermənilərin əsas məqsədi dünya birliyinin diqqətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən yayındırmaqdır. Azərbaycan vətəndaşları isə heç bir halda düşmənin bu cür alçaq formatlı provikasiyasına, hiyləgər siyasətinə meyillənməməlidirlər. Ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün hər gün yeni-yeni təxribata əl atır və müxtəlif ssenarilər qurub reallaşdırmağa, “azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı" tipli dezinformasiya yaymağa çalışırlar.

Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də xaricdəki həmvətənlərinin yanındadır. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los-Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərclərinin və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib. Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayının artdığını nəzərə alaraq həmvətənlərimiz daha ehtiyatlı və tədbirli olmalıdırlar. Hər hansı bir zorakılıq, təhdid və ya təhlükə gördükdə dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Eyni zamanda, yaxşı olar ki, soydaşlarımız rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün müvafiq konsulluq dairələrinə müraciət etsinlər. Nəzərə almalıyıq ki, Tovuz döyüşlərində qüdrətli Azərbaycan Ordusuna uduzan ermənilər indi də diasporlar müharibəsinə start veriblər. Lakin biz işğalçı və terrorçu millətin diaspor müstəvisində Azərbaycana qalib gəlməsinə əsla yol verməməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”