11 avqust 2020 13:22
1290

Sərhədi pozanlar saxlanıldı - FOTO

2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

“İki sahi” Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan 7 nəfərinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.