21 aprel 2019 12:12
566

Sərnişin avtobusu minik maşını ilə toqquşub

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan 585 nömrəli sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.