10 iyul 2020 18:04
1922

Sərt karantin rejimi uzadılacaq?

İyulun 20-dən sonra sərt karantin rejiminin uzadılıb-uzadılmayacağı sanitar-epidemioloji şəraitdən asılı olacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, qarşıdakı günlərdə vəziyyətdən asılı olaraq, qərar veriləcək.