23 sentyabr 2019 16:57
757

Sərt reaksiyalara görə konsertini ləğv etdi

Dünya şöhrətli ifaçı Teylor Svift hipodromda keçirəcəyi konsertini ləğv edib.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, buna heyvansevərlərin göstərdiyi sərt reaksiya rəvac verib.

Bildirilir ki, at yarışları zamanı səhnəyə çıxmaq istəyən ifaçının heyvan istismarını dəstəkləməsi sosial şəbəkədə konsertin boykot olunmağı ilə nəticələnib.

Sonda etirazların böyüdüyünü görən müğənni konsertini ləğv edib.

Onun bu addımı izləyicilərin ürəyincə olub.