26 avqust 2019 10:30
662

Serxio Aquera “Mançester Siti”nin heyətində rekorda imza atıb

Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən “Mançester Siti” - “Bournemouth” oyunu “şəhərlilər”in hücumçusu Serxio Aquera üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, argentinalı forvard karyerası ərzində 400-cü qoluna imza atıb.

S.Aquera 2011-ci ildən “Mançester Siti” klubunun şərəfini qoruyur. O, İngiltərə təmsilçisinin heyətində 242 oyunda meydana çıxıb və 168 dəfə fərqlənməyə nail olub. Serxio “İndependieta” (Argentina) və “Atletiko Madrid” (İspaniya) klublarında çıxış edib.