Qanada sərxoş kişinin dişlədiyi it ölüb.
"İki sahil" xəbər verir ki, 45 yaşlı Jastis Aflakpuiyə it hücüm edərək onun ayağını dişləyib.
O da itin ardınca qaçaraq onu dişləyib və nəticədə ağzından köpük gələn it ölüb.
Aflakpuinin “cin” tərkibli “akpeteşi” adlı spirtli içki içdiyi bildirilir. Akpeteşi Qanada geniş yayılan spirtli içkidir. Sərtliyi 40-50 promil olan içki fermentləşdirilmiş palma şərabından və ya şəkər qamışı suyundan hazırlanır.