26 fevral 2020 14:33
1450

Səudiyyə Ərəbistanında inqilabi qərar

Səudiyyə Ərəbistanında ilk dədə olaraq qadın futbol liqası yaradılır.

Qol.az  AFR-ə istinadən xəbər verir ki, ilk mövsüm Ciddə, Ər-Riyad və Dəmmam şəhərlərində keçiriləcək.

Qeyd edək ki, 2018-cui ilə qədər bu ölkədə, ümumiyyətlə, qadınların stadionlara girişi qadağan idi. Amma şahzadə Məhəmməd ibn Salmanın müdaxiləsindən sonra bu məsələ aradan qaldırılıb.

2019-cu ildə Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan xaricə getməyə, 2018-ci ildə isə maşın sürməyə icazə verilib.