10 iyul 2020 13:12
407

“Sevilya”dan geridönüş

İspaniya La liqasının 35-ci həftəsi “Sevilya” səfərdə “Atletik Bilbao”ilə qarşılaşıb.

"İki sahil" xəbər verir ki, “Sevilya” hesabda geri olmasına baxmayaraq 2-1 hesabı ilə qalib gəlməyi bacarıb. ”Bilbao”nun qolunu 28-ci dəqiqə Capa vurub. 69-cu dəqiqə “Sevilya” Baneqanın qolu ilə sevinib. 74-cü dəqiqə Munir El Haddadinin vurduğu qol “Sevilya”ya qələbə qazandırıb 2-1.

Bu qələbədən sonra “Sevilya” xalını 63-ə yüksəldib və 4-cü sıradakı yerini qoruyub. “Atletik Bilbao”48 xalda qalıb.