14 avqust 2019 16:19
204

“Sevilya”nın hücumçusu “Monako”ya transfer olub

İspaniyanın “Sevilya” klubunun hücumçusu Vissam Ben-Yedder Fransanın “Monako” komandasına transfer olub.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, fransız futbolçu üçün “Monako” 40 milyon avro ödəyib. Ben-Yedder ilə beşillik müqavilə imzalanıb.

Ötən mövsüm “Sevilya”nın heyətində İspaniya La Liqasında uğurlu çıxış edən fransız futbolçu 35 oyunda 18 qol vurub.