14 avqust 2020 18:17
1239

“Sevr”müqaviləsi və Ermənistanın xam xəyalları

Bu günlərdə Ermənistan Milli Elmlər Akademiyası 10 avqust 1920- ci ildə imzalanmış “Sevr” müqaviləsinin 100 illiyi ilə bağlı yığıncaq keçirib. Baş nazir Nikol Paşinyan orada həqiqətdən uzaq, şarlatanvari nitq “irad” edərək köhnə palan içi qurdalamaqla “erməni xəstəliyi”nin daşıyıcısı olduğunu nümayiş etdirib. Təbii ki, onun hədəfi adəti üzrə yenə Türkiyə olub.

Buna reaksiya verən Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın “Sevr” müqaviləsini gündəmə gətirməsinə dair "Bu gün hətta öz xalqını yedizdirə bilməyən bir hökumətin “Sevr”i gündəmə gətirməyə cəsarət etməsi absurd bir şeydir”, - deyə şərh edib.

 Türkiyə Xarici İşlər Nazirliyi “Sevr” müqaviləsinin 100 illiyi bəhanəsi ilə Ermənistan hakimiyyətinin verdiyi açıqlamalara cavab olaraq yazılı  bəyanat verib. Bəyanatda deyilir: "Birinci Dünya müharibəsinin sonunda Vətənimizi parçalayaraq, müstəqilliyimizi və suverenliyimizi sonlandırmağı hədəfləyən 10 avqust 1920-ci il tarixli “Sevr” müqaviləsi, işğal və məhv planlarının həyasızca ortaya qoyulduğu bir sənəddir”. Başının milçəyini qoruya bilməyən, onun-bunun hesabına mövcudluğunu güclə saxlayan Ermənistan rəhbərlərinin özlərindən qat-qat güclü qonşularına buynuz göstərmələri tamamilə axmaqlıq və gülüncdür.

Haqqında söhbət gedən “Sevr”  (Paris yaxınlığında yer) müqaviləsinin mahiyyəti nədən ibarətdir və Ermənistan hakimiyyətinin bunu qabartmasında məqsəd nədir?

I Dünya müharibəsinin gedişində başda İngiltərə, Fransa, Yunanıstan, Rumıniya, Polşa, Portuqaliya, Yaponiya, İtaliya щдьфйдф daha bir neçə dövlət Türkiyəni Yer üzündən silmək planı ilə öz qoşunlarını  oraya yeritmişdilər. Türkiyə nə qədər ağır vəziyyətə düşsə də güclü müqavimət göstərərək düşmənlərin son məqsədlərini gözündə qoydu. Düzdür, dəhşətli müharibədən məğlub durumda çıxsa da ancaq Yunanıstan üzərində hərbi qüdrətini nümayiş etdirərək nüfuzunu saxladı. Bu qələbə Türkiyənin düşmənlərini geri çəkilməyə məcbur etdi.

Buna baxmayaraq 1920-ci il avqustun 10-da qalib dövlətlər Sevrdə müqavilə imzalayaraq Türkiyəyə öz şərtlərini irəli sürdülər. Həmin müqavilə şərti olaraq “Sevr” adlandırıldı. Türkiyə müqavilədə göstərilən bir çox şərtləri qətiyyətlə rədd etdi. Məsələn, Rusiyanın fitvası ilə Türkiyənin Anadolu, Van, Ərzurum və digər ərazilərinin  Ermənistana verilməsi məsələsinə gələndə türk dövlətinin təmsilçiləri qətiyyətlə bildirdilər ki, Türkiyə nəinki öz torpağını Ermənistana verər, lazım gəlsə bütün Cənubi Qafqazı nəzarət altına ala bilər.

Xatırladaq ki, erməni polkları və batalyonları Rusiya ordusunun tərkibində Türkiyəyə qarşı vuruşmuşdular və “Sevr” müqaviləsinin bağlanmasında  bu “qalib dövlət”-Rusiyanın yançısı kimi iştirak edirdi. Əslində nə məğlub, nə də qalib dövlətlər rus ağasının kölgəsinə sığınan qondarma Ermənistanı dövlət saymırdılar. Onu da qeyd etmək lazımdır ki, “Sevr” müqaviləsi Türkiyənin düşmənlərini sevindirmədi, çünki oradakı şərtlərin əksəriyyətini Türkiyə yerinə yetirmədi və müqavilə mənasız kağız parçasına çevrildi. Ancaq payızda imperialist dövlətlərinin kəskin tələbləri ilə Azərbaycana yeridilmiş türk qoşunları ölkəmizi tərk etməli oldu.  

Xatırladaq ki, 1920-ci ildə Kazım Qarabəkir paşa öz qoşunu ilə Naxçıvanı azad edərək Göyçə gölü ətrafına qədər irəliləmişdi. Nuru paşa isə Bakını bolşevik, daşnak, menşevik, eser tör-töküntülərindən təmizləmişdi. Lakin qalib xristian dövlətləri birləşərək Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin qarısını aldılar. Bununla da Azərbaycan 70 il sovet Rusiyasının əsarəti altında qaldı.

Sözügedən bəyanatda bildirilir ki, Türk millətinin qəhrəmanlıq göstərdiyi “Qurtuluş savaşı”dan sonra 24 iyul 1923-cü ildə imzaladığı “Lozanna sülh müqaviləsi” ilə “Sevr” cırılıb “ tarixin zibilliyinə atıldı. Təəccüblü deyil ki, bir əsrin keçməsinə baxmayaraq tarixdən dərs almaq əvəzinə antoqonizm götürənlər bu sənəddən kömək umdular.

Açıqlamada Türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərslə imperializmə vurduğu ağır zərbənin tarix kitablarında "dərs" olaraq öyrədildiyi və bu şərəfli mübarizənin digər məzlum millətlərə nümunə olduğu qeyd olunub. “Türkiyənin Vətəni və milləti ilə bölünməz birliyi qarşısında həvəslərinin qursaqlarında qalacağını bilmələri vacibdir. İllərdir Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkməsini və ağıllarını başlarına almasının vaxtı gəlib”-bəyanat bu fikirlərlə başa çatır.

“Sevr”i xatırladan ermənilər yaddan çıxarıblar ki, İrəvan şəhərini 100 illik müddətə onlara verildiyi vaxt bu il qurtarır və Azərbaycan öz qədim şəhərini geri istəsə, bəs onda necə olar?

Türkiyə və Azərbaycan kimi iki güclü dövlətin qarşısında irəli ağılsız iddialar sürən qondarma Ermənistanın belə yersiz  hərəkətləri  qarışqanın fili təhdid etməsinə bənzəyir. Məsəl var: “Keçinin buynuzu geyişəndə çobanın çomağına sürtər.” Əbəs yerə  deməyiblər ki, ermənilər dünyanın ən alçaq, rəzil və həyasız millətidir. Çünki onlar yüz illər boyu bu epitetləri qazanıblar və öz kürəklərində daşıyıblar.

Bu yerdə bizim məşhur “Qayınana” filmindəki sözlər  yada düşür: “Getsin qurban olsun o qara köpəyə”.

Vəli İlyasov, “İki sahil”