"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizədə prosesin idarə olunması bu gün uğurlu nəticələrə gətirib çıxarıb".
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "Yeni Tv"-nin efirində səsləndirib.
S.Orucov qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyətin dünya göstəricilərindən yaxşı olmasının səbəbi Prezidentimiz İlham Əliyevin insanlarınn təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir.