27 iyun 2019 11:04
1311

Şagirdlər Etilen-Polietilen zavodunda istehsalat təcrübəsi keçirlər - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində “Yeni fəhlə kadrlarının hazırlanması” proqramı üzrə təhsil almış şagirdlərin bir qrupu hazırda "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda istehsalat təcrübəsi keçirlər.

Şagirdlər burada təcrübi biliklərini artırır, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçir, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirirlər. Bu isə gələcəkdə ixtisaslı kadrlar kimi əmək fəaliyyətinə başlayarkən onlar üçün mühüm əhəmiyyət kəsb edəcək.