09 iyul 2020 10:32
913

"Şahdəniz"dən indiyədək 83 milyard kubmetrdən çox qaz ixrac edilib

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) və "Şahdəniz" qaz-kondensat yatağından yataqları istismara veriləndən 1 iyul tarixinədək 297,5 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə. bu dövrdə AÇG-dən 171,2 mlrd. kubmetr, "Şahdəniz"dən isə 126,3 mlrd. kubmetr qaz hasil edilib. Məlumata əsasən, "Şahdəniz" yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 mlrd. kubmetr qaz ixraca nəql edilib.