17 oktyabr 2019 10:59
752

Şamaxı və Hacıqabulun təbii qaz təchizatı dayandırılıb

Oktyabrın 17-də saat 10:00-dan Şamaxı rayonunun bir neçə kəndində qaz təminatında fasilələr yaranıb. Bu zaman “Mədrəsə” qaz ölçü qovşağının üzərində quraşdırılmış diametri 325 millimetr olan orta təzyiqli kollektorda qeydə alınan qaz sızmaları ləğv olunur. Qaz sızmaları ilə bağlı saat 11:00-dan Hacıqabul rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.