09 oktyabr 2019 11:30
110

Şamaxıda doqquz ayda 1293 daimi iş yeri açılıb

Aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-ci ilinin doqquz ayında Şamaxıda 1293 yeni iş yeri açılıb. Təzə açılan iş yerlərinin hamısı daimidir. İş yerlərinin 24-ü yeni yaradılan müəssisə və təşkilatlar, qalanı isə fiziki şəxslər tərəfindən açılıb.