24 yanvar 2021 02:57
875

Şamaxıda Quşçu palçıq vulkanı püskürüb

“Ötən gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı - Quşçu palçıq vulkanı püskürüb”.

"İki sahil" xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub: “İlkin məlumata əsasən, püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı üç qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək”.

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən, bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.