30 sentyabr 2020 16:37
953

Şanlı ordumuzun qələbəsinə inanırıq

Sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat törədilir. Dinc əhalinin hədəf götürülməsi erməni vəhşiliyinin xislətidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dekanı, dosent Mirağa Əhmədov bildirib. O qeyd edib ki, sentyabrın 29-da Prezident İlham Əliyev “Rossiya-1” telekanalına müsahibə verərkən Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında geniş məlumatlandırıb.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarında hərbi əməliyyat apardığını və öz ərazisini düşməndən təmizlədiyini artıq bilirlər.

Şanlı ordumuzun işğalçı Ermənistana qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik. Əminəm ki, tezliklə bayrağımızı Xankəndi və Şuşaya sancacağıq. Biz hər zaman ordumuzun yanındayıq. Allah onları qorusun!