01 fevral 2019 11:44
210

Şəhid ailəsi olaraq hər zaman dövlətimizin qayğısını hiss edirik

Şəhid ailəsi olaraq hər zaman dövlətimizin qayğı və diqqətini hiss edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində şəhid Adil Nəbiyevin həyat yoldaşı Xumar Nəbiyeva deyib.

“Həyat yoldaşım Adil Nəbiyev 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Adil şəhid olanda oğlumuz Anarın 1 yaşı var idi. O, öz cəsarəti, qorxmazlığı və göstərdiyi igidliklərlə mənfur ermənilərə Azərbaycan əsgərinin gücünü göstərdi.

Hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsini ölkə başçısının növbəti humanist addımı kimi dəyərləndirən X.Nəbiyeva, həmçinin bildirib: “Yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüş keçirdilər. Mən də həmin görüşdə iştirak edirdim. Ölkə başçımız və birinci vitse-prezidentimizlə görüşmək çox gözəl bir hiss idi. O görüşdən xoş təəssüratlarla ayrıldım. O gün olsun ki, neçə-neçə vətənpərvər övladların uğrunda fəda olduğu torpaqlar işğaldan azad edilsin. O zaman onların ruhu rahatlıq tapar. Göstərilən diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm”.