14 iyul 2020 17:20
1329

Şəhid generalın cənazəsi Qəbələyə aparılır

Bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun nəşi Qəbələ rayonuna aparılır.

Yüzlərlə rayon sakini generalın cənazəsini qarşılamaq üçün toplaşıb.

Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.

Şəhid Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif edilib.