20 iyun 2019 15:38
654

Şəhidlər xiyabanını ziyarət

Bolqarıstan Xalq Məclisinin sədri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri xanım Tsveta Karayançeva iyunun 20-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Bolqarıstan parlamentinin sədrinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.