04 dekabr 2020 19:59
764

Şəhidlərin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər müzəffər Ordumuzun qələbəsindən və şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıblar.

Günnüt əməliyyatlarının və İkinci Qarabağ müharibəsinin iştirakçısı, zabit Renat Şıxnəbiyev döyüşlər barədə xatirələrini, təəssüratlarını bölüşüb.

Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonda şəxsi heyətin təntənəli keçidi olub.