06 aprel 2020 11:11
842

Şəkili müəllimdən örnək addım - FOTO

Şəki şəhər 21 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Könül Zeynalova evdə qoruyucu maska hazırlayaraq ehtiyacı olan insanlara yardım edir, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə fəal vətəndaş mövqeyi göstərir.

Şəki Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Könül müəllim gündə 25-30 maska tikir. Bu işə başladığı gündən indiyədək 150-dən çox maska tikərək şəhər sakinlərinə, ehtiyacı olan insanlara paylayıb. Könül Zeynalova deyir ki, material sarıdan dəstək göstərilərsə, gündəlik tikdiyi maskaların sayını artıra bilər.