19 mart 2019 10:43
481

“Shell” Kanadada yeni terminal tikir

Enerji nəhəngi “Royal Dutch Shell” və onun şərikləri Qərbi Kanadada böyük mayeləşdirilmiş təbii qaz ixrac terminalı tikir. 31 milyard dollarlıq bu layihə üzrə yanacağın daşınmasına 2025-ci ildən başlanılacaq.

Layihənin ikinci fazası üzrə iki yeni emal xətti inşa ediləcək və həmin xətlərin terminalın illik gücünü 28 milyon tona çatdıracağı proqnozladırılır.

“LNG Canada”nın baş icraçı direktoru Andi Kalitz ikinci faza üzrə yekun investisiya qərarının zavodda ilkin emala start verilməsindən daha əvvəl təsdiq olunacağını bildirib.

“Shell”in şərikləri Malayziyanın “Petronas”, Çinin “PetroChina”, Koreyanın “Korea Gas” və Yaponiyanın “Mitsubishi” şirkətləridir.

Bu günlərdə keçirilən enerji konfransında şirkət rəhbərləri bildiriblər ki, mayeləşdirilmiş təbii qaz hasilatçıları təkcə Çindəki güclü tələbata ümidlənməyərək, öz bazarlarını genişləndirməlidirlər.

Xatırladaq ki, təchizatın çoxluğundan mayeləşdirilmiş təbii qazın qiymətləri bu həftə 2016-cı ildən indiyədək ən aşağı həddə düşüb.